SON XƏBƏR

Avropanın gələcəyinə kimlər qərar verməlidir?

İyun 27
06:49 2016
Avropa Birliyinin inkişafı üçün yeni perspektivlərin hazırlanması bütün üzv ölkələrin iştirakı ilə baş tutmalıdır.
 
Axar.az xəbər verir ki, bunu TAZ telekanalına müsahibəsində Slovakiya Baş naziri Robert Fitso söyləyib. Onun sözlərinə görə, AB-nin gələcəyinə bir neçə ölkə qərar verməməlidir.
 
O, buna əməl edilməyəcəyi təqdirdə AB-nin uduzacağını bildirib:
 
"AB rəhbərliyi nəyi doğru etmədiyinə aydınlıq gətirməlidir. Avropalılar artıq AB-nin iqtisadi və miqrasiya siyasətindən narazıdırlar. Biz təcili olaraq bu referendumdan nəticələr çıxarmalıyıq. AB üçün ən böyük təhlükə onun tərkibindən avrozonaya daxil olan ölkənin çıxması olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook