SON XƏBƏR

Avroparlament Ukrayna ilə viza rejiminin ləğvinin lehinə səs verdi

Sentyabr 26
23:38 2016
Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.
 
APA-nın verdiyi xəbərə görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.
 
Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.
 
Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook