Çavuşoğlu BMT-nin yeni baş katibi ilə görüşmək üçün ABŞ-a gedir
Yanvar 04
01:44
2017
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 1-dən vəzifəsinin icrasına rəsmən başlayan Birləşmiş Millətlər Təşkilatıının (BMT) baş katibi Antoniu
Quterriş ilə görüşmək üçün yanvarın 5-də ABŞ-a səfər edəcək.
"Haber 7"nin verdiyi məlumata görə, bu barədə nazirliyin yazılı açıqlamasında deyilir.
Qeyd edilir ki, səfər çərçivəsində regional və beynəlxalq məsələrin müzakirəsi nəzərdə tutulur.



