Çavuşoğlu da Almaniyanın “qara siyahı”sında - Tədbiri ləğv olundu
Mart 07
00:16
2017
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı tədbiri ləğv edilib.
"Qafqazinfo”nun "Milliyet”ə istinadən verdiyi məlumata görə, XİN rəhbərinin Hamburqun Vilhelmsburq prospektində "Plaza Event Center”də sabah keçirilməsi planlaşdırılan toplantısı yanğın təhlükəsizliyinin çatışmazlığı və havalandırma sisteminin işləmədiyi səbəb kimi göstərilərək təxirə salınıb.
Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi və eks-iqtisadiyyat naziri Tamer Yıldızın da Almaniyadakı toplantıları ləğv olunub.



