Aya Sofyada Quran qiraəti Yunanıstanı əsəbləşdirdi
İyun 09
18:14
2016
"The Express” yazır ki, Türkiyə hakimiyyəti İstanbulda qədim xristian məbədi, orta əsrlərdə isə məsçid olmuş, lakin hazırda dünyəvi muzeyə çevrilən məşhur Aya Sofyada Quran oxunmasına icazə verməklə ziddiyyətə səbəb olub.
Yunanıstan bu hadisəni kəskin pisləyib və Erdoğan hökumətinin qədim xristian məbədini yenidən məsçidə çevirmək niyyətindən şübhə ifadə edib.
Bizans memarlığının şah əsəri Aya Sofyada Ramazan ayı günlərində Quran oxunması barədə qərar qəbul edilib.
"The Express” yazır ki, burada Quran oxunmasının TRT Diyanet televiziya kanalı ilə canlı yayınlanması da nəzərdə tutulur.
Təxribat və hörmətsizlik
Məqalədə deyilir ki, Yunanıstanın Xarici İşlər Nazirliyi bu təşəbbüsü rəsmən pisləyib və Ankaranın adımmını "mövhumatçı” və "geriçi” adlandırıb.
Nazirliyin bəyantında deyilir ki, UNESCO-nun dünya irsi sayılan binada müsəlman ayinlərinin keçirilməsi qeyri-məqbul hərəkətdir, xristianlara hörmətsizliyi və reallıqla əlaqənin itirildiyini nümayiş etdirir.
"Bu cür hərəkətlət müasir, demokratik və dünyəvi cəmiyyətlərələ bir araya sığımır” – bəyanatda deyilir.
Aya Sofya dünya irsi sayılan abidələrə aiddir.
Yunanıstanın keçmiş xarici işlər naziri və Afinanın keçmiş meri Dora Bakoyannis deyib ki, "son 80 ildə ilk dəfə olaraq burada Quran oxunması Aya Sofyanı faktiki olaraq məsçidə çevirir” (BBC).

Qlobal.az