Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
![](https://qlobal.az/photo/680x365/2024-02/1708377215_1ad79ea4-f24d-4bb3-aa95-754861778903.jpg?1722056096)
Fevral 20
01:12
2024
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
"Report" xəbər verir ki, milli üzvü 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Dadaşbəyli birdənqaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.