SON XƏBƏR

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçilib

Fevral 13
15:13 2024
Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb.

"Report" Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb.

O, səslərin 52 faizini toplayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.

Qeyd edək kİ, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook