SON XƏBƏR

Azərbaycan İsrailə öz bazalarından İranı vurmağa icazə verməyəcəyini deyir

Mart 10
14:05 2023
"Azərbaycan İsrail ordusunun İrana hücum etmək üçün öz bazalarından istifadə etməsinə icazə verməyəcək". 

Bunu Azərbaycanın İsraildəki yeni səfiri Muxtar Məmmədov "The Jerusalem Post”a bildirib.

"Azərbaycan əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq və öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək. Bu ona görədir ki, biz başqa dövlətlərin bizim daxili işlərimizə qarışmamasını gözləyirik”, - deyə Muxtar Məmmədov deyib.

Martın 6-da "Haaretz” qəzeti açıq aviasiya məlumatlarına istinadən yazıb ki, İsrail neft və İrana çıxış müqabilində Azərbaycana silah satır. 

Nəşrin yazdığına görə, Bakı "Mossad"a ölkədə İrana nəzarət departamenti yaratmağa icazə verib, həmçinin İranın nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə oluna biləcək aerodrom hazırlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook