Azərbaycan millisi ilk qələbəsini qazandı
Mart 13
20:43
2026
Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 Azərbaycanın basketbol millisi B qrupunda ilk oyunlarını keçirib.
Qlobal.az xəbər verir ki, komanda birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailanda 21:8 hesabı ilə qalib gəliblər. Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.