Azərbaycan nefti kəskin bahalaşdı
Mart 03
13:51
2026
Azərbaycan nefti bahalaşıb.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,69 ABŞ dolları və ya 9,54 % artaraq 76,79 ABŞ dolları təşkil edib.
Qeyd edək ki Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



