Azərbaycan son 5 ildə nə qədər gümüş istehsal edib?
Noyabr 14
09:33
2025
Azərbaycanın istehsal etdiyi təbii sərvətlərdən biri də gümüşdür və ölkədə hər il minlərlə kiloqram gümüş hasil olunur.
Son 5 ildə gümüş hasilatında baş verən dəyişiklikləri illər üzrə belədir:
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 2984,3 kiloqram gümüş istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 676,3 kiloqram və ya 29,30% artım deməkdir.
Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında isə 2308 kiloqram gümüş hasil edilib.
2023-cü ilin eyni dövründə gümüşün istehsal göstəricisi 3028,1 kiloqram təşkil edib. Bu da 2024-cü ilin müvafiq dövründə gümüş hasilatında 720,1 kiloqram və ya 23,78% azalma olduğunu göstərir.
2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 5038,5 kiloqram gümüş istehsal olunub. 2023-cü illə müqayisədə bu göstərici 2010 kiloqram və ya 39,90% az olub.
2021-ci ilin eyni dövründə ölkədə 3510 kiloqram gümüş hasil edilib ki, bu da 2022-ci ilə nisbətdə 1528,5 kiloqram və ya 43,53% artım deməkdir.
2020-ci ilin yanvar-sentyabr aylarında isə gümüş istehsalı 3259 kiloqram təşkil edib. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 251 kiloqram və ya 7,70% artıb.
Beləliklə, son 5 ilin məlumatları göstərir ki, gümüş hasilatında illər üzrə kəskin dəyişikliklər baş verib.
Mənbə: Valyuta.az

Qlobal.az



