Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb - VİDEO
![](https://qlobal.az/photo/680x365/2023-02/1676534045_0b987ef2-6a13-458a-a99e-5131def48c8d.jpg?1722057059)
Fevral 16
11:53
2023
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.