Azərbaycana ambulans gətirən Mürşid Eyyubov polisi şantaj edir? - VİDEO
Noyabr 07
00:19
2025
Azərbaycana Polşadan ambulans avtomobili gətirən Abşeron rayonunun Hökməli qəsəbə sakini Eyyubov Mürşid Vaqif oğlu Baş Dövlət Yol Polisi İdarəsinə ağır iddialar irəli sürüb.
Media tv, AzMedia qurupu xəbər verir ki, sosial şəbəkələrdə, saytlarda yayılan məlumatda Mürşid Eyyubov iddia edir ki, Sumqayıt Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsində ilk öncə hansısa müəyyən məbləğın qarşılığında nömrə verilməsinə razılıq verilməsinə baxmayaraq, sonradan bilinməyən səbəblərdən onun avtomobilinə nömrə verilməyib.
Mürşid Eyyubov açıqlamasına görə problemi ilə bağlı Sumqayıt Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsi rəisinin qəbulunda olub. O deyir: "Rəis mənə dedi ki, sənin sənədlərində heç bir problem yoxdur ancaq həlli Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ixtiyarındadır".
Sosial şəbəkələrdə Mürşid Eyyubovun açıqlaması birmənalı qarşılanmayıb.
Ölkədə mövcud qanunvericiliyə görə Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.
Hökməli sakini Mürşid Eyyubovun ölkəyə gətirdiyi avtomobilə nömrə almaq kimi adi bir prosedura görə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adını sosial şəbəkələrdə hallandırması son zamanlar ictimai asayişin təminatinda misilsiz rolu olan Azərbaycan polisini hədəfə gətirən bəzi ünsürlərin dəyirmanına su tökmək kimi dəyərləndirilir.
Mənbə: İnterPosta.info
Qlobal.az



