Azərbaycana Novruz bayramı ilə əlaqədar turist axını azalıb

Mart 24
12:59
2025
Bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən "Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında məlumat verilib.
İclasda 2025-ci ildə turizm sektorunun vəziyyəti, qarşıdakı gözləntilər müzakirə edilib. Bildirilib ki, 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30 % çox olsa da, 2019-cu il səviyyəsinə çatmayıb.
Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır.