SON XƏBƏR

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi qəbul ediləcək

Dekabr 30
12:36 2022
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin qəbul nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyanın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı"nda öz əksini tapıb.

Nazirlər Kabineti, Dövlət İmtahan Mərkəzi, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, dövlət qulluğu sahəsində normativ hüquqi aktların məcəllələşdirilməsi tapşırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook