Azərbaycanda elmlər namizədi dissertasiyasını satışa çıxardı - FOTO

Fevral 14
12:36
2025
Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov dissertasiyasını satışa çıxarıb.
Qlobal.az xəbər verir ki, Şahin Bağırov bu barədə feysbuk səhifəsində elan verib:
"Diqqət, diqqət!
Siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq istəyən varsa, hazır dissertasiyamı satıram. Prezident yanında Dövlət Idarəçilik Akademiyasının Elmi Şurasının Elmi Seminarından müvəffəqiyyətlə kecmiş, 4 elmlər doktor və professorun rəyi rəsmi təsdiq olunmuș şəkildə verilib. Sadəcə, elmi seminara tarix elmləri doktoru, professor maderatorluq etdiyi üçün AAK tərəfindən iş yenidən təkrar seminara qaytarılıb. Təkrar seminara isə... Açığı, bu bürokratik əngəllər məni bezdirdi və rüşvətxor seminar rəhbəriylə yenidən qarşılaşmamaq ücün dissertasiyamı satmaq qərarına gəlmişəm. Çünki əziyyət çəkmişəm, neçə illərimin yuxusuz gecələrini sərf etdiyim bu işi nə ata bilirəm, nə də tura bilirəm!Maraqlananlar müraciət edə bilər:
055 221 17 07;
070 221 17 07.
Cahandar Laçınlı
Qlobal.az
