Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib

Aprel 25
11:28
2025
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.
Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.