Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR
Mart 11
13:01
2026
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.
Qlobal.az xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub.
Müzakirələrin yekunu olaraq Vladimirovkanın Elbir, Alekseyevkanın Çinarlı, Timiryazevin isə Bəhrəli adlandırılmasına qərar verilib.
Məsələ Milli Məclisin plenar iclasına təklif olunub.