SON XƏBƏR

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılır

Noyabr 07
10:56 2023
Gələn ildən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılacaq.

"Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədərdir. Təklif olunan dəyişikliyə görə isə, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook