Azərbaycanda vəzifəli şəxslərə sui-qəsd hazırlanırmış - RƏSMİ
May 16
12:47
2023
Xəbər verdiyimiz kimi, İranın tapşırığı ilə "Kərimə" dövləti yaratmaq istəyən daha bir cinayətkar qrup müəyyən olunub.
Belə ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə Vatsap, Teleqram və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.



