SON XƏBƏR

Azərbaycanda xaos yaratmaq istəyən qüvvələr

Mart 09
23:10 2023
Ölkənin ictimai-siyasi həyatının qısa xülasəsi…

Müasir dünyamızda siyasi kataklizmlər sürətlə cərəyan edir; bəzən elə olur ki, onunla ayaqlaşmaq, zamanında lazımi tədbirlər görmək çətinləşir. Bütün bunlar edilmədikdə isə, hadisələrin yedəyində getmək məcburiyyəti yaranır və baş verən olaylara təsir imkanları sıfıra bərabər olur… Azərbaycanın coğrafi mövqeyi, geostrateji əhəmiyyəti ölkəmizi beynəlxalq güc mərkəzlərinin diqqət mərkəzinə qoyur. Bu mənada Azərbaycan daima Qərbin liberal dairələrinin, Cənubdan qaynaqlanan dini-klerikal cərəyanların və köhnə Sovet İmperializminin bərpası arzusuyla hərbi gücü ön plana çıxaran neobolşevizm qüvvələrinin təhlükəsi ilə üz-üzədi.

Müasir dünya siyasətində qəbul edilən belə bir tezis var: Azərbaycana sahib olan Qafqaza sahib olar; Qafqaza sahib olan Yaxın Şərq və Mərkəzi Asiya regionuna sahib olar; bu iki önəmli regionu əlində tutan isə bütün dünyanın qəbul etdiyi, hesablaşdığı, hər kəsi özünə tabe edən QLOBAL GÜC sahibi olar. Bu konteksdən məsələyə yanaşdıqda ölkəmizin siyasi və geostrateji əhəmiyyətini anlamış olarıq. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan elə bir coğrafi mövqeyə sahibdi, dünyanın hər tərəfinə gedən yolların qovşağında yerləşib ki, istər-istəməz dünyanın qlobal güclərinin diqqət mərkəzindədir.

Siyasi xaosun hökm sürdüyü hazırkı qarmaqarışıq dövrdə tək təsəllimiz xarizmatik lider xüsusiyyətlərə sahib prezident İlham Əliyevin qüsursuz şəkildə yürütdüyü xarici siyasət kursudu. Onun balanslı xarici siyasət kursu, fikir və düşüncələrini elmi metodlarla və tarixi dəlillərə əsaslanaraq dilə gətirməsi, həm də bütün bunları zaman və məkan amillərinə dayanaraq etməsi bir çox uğurlarımız üçün bazis rolunu oynayıb. Lakin təəssüflər olsun ki, dövlət başçımızın obyektiv səbəblər üzündən daha çox xarici siyasətə vaxt ayırması daxildəki bəzi problemlərə zamanında diqqət edilməməsi ilə nəticələnir. Azərbaycanda maraqlı olan qlobal güc mərkəzləri məhz bu zəif həlqədən istifadə edirlər. Son dövrlərdə bu, ənənəyə çevrilib, getdikcə daha da təhlükəli xarakter alır. Məsələn, şəhid və qazi ailələrinə münasibət məsələsi, insanların dini hisslərinin istismarı, durmadan artan qiymətlər (bu, bəzən tədarükçü firmaların süni şəkildə qiymətləri qaldırmasıdı), bəzi dövlət orqanlarında əhalinin haqlı tələblərinə və şikayətlərinə biganə yanaşılması daxili siyasi arenada gərginliyi artırır və V kolon dediyimiz qüvvələrin geniş fəaliyyəti üçün münbit şərait yaradır.

Azərbaycanın daxili siyasətində xaos yaranmasında maraqlı olan V kolonu şərti olaraq 3 qrupda təsnif edə bilərik:

1) Qərbə bağlı liberal qruplar – Bu qrupa özlərini feminist adlandıran, əslində isə, küçə fahişəliyindən irəli getməyən davranışları ilə fərqlənənlər, LGBT fəalları, AXCP, Müsavat kimi partiyalar və bir çox politoloqlar daxildir. Təbii ki, bu qrupa xaricdəki söyüşcül blogerləri də əlavə edə bilərik. Bu qrup əsasən ABŞ, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdən maliyyələşir. Bundan əlavə, "AGA Group” holdinqin lideri Aydın Dəmirçi və onun oğlu Qafar Dəmirçi, həmçinin "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun bu qrupa daxil olan V kolon nümayəndələrini maliyyələşdirdikləri barədə təkzibedilməz faktlar var, növbəti yazılarda bütün bunlar haqqında detaylı məlumatlar yer alacaq;

2) Klerikal-dinçi qruplar – Bu qrup 3 alt qrupdan ibarətdi: a) Tehran Molla rejiminə bağlı qüvvələr; b) FETÖ təşkilatına bağlı adamlar; c) vəhabilər.

Vaxtilə DTX və DİN tərəfindən vəhabilərə qarşı aparılan antiterror əməliyyatları nəticəsində onlar xeyli zəifləsələr də, tam olaraq ortadan qaldırılmayıblar. FETÖ və İrana bağlı qruplar isə hal-hazırda xeyli fəaldırlar. Təəssüflər olsun ki, FETÖ təşkilatına bağlı şəxslər hakimiyyət içərisində də xeyli sayda təmsil olunurlar və dərin kök salıblar. İrançılar da geniş fəaliyyətləri ilə diqqət çəkirlər. Bir xüsusi məqam da ondan ibarətdir ki, bu dinçi qruplar bir çox hallarda 1-ci qrupla – qərbçi liberallarla eyni mövqe ortaya qoyur, birlikdə hərəkət edirlər. Növbəti yazılarda bütün bunlar da detaylı şəkildə təsvir ediləcək;

3) V kolona aid 3-cü qrupu şərti olaraq "neobolşeviklər” adlandıra bilərik. Bu qrupa hakimiyyət daxilində köhnə qvardiyaya mənsub bəzi məmurlar və Rusiya Xüsusi Xidmət orqanlarına bağlı separatçı güclər daxildi. Onlar bir-birindən fərqli alt qruplardı. Hakimiyyət içərisində ən çox ordu sıralarında kök salıblar. Onların siyasi qanadı əsasən hakimiyyətdən uzaqlaşdırılsa da, tam iflas etməyib və hələ də təsir güclərini qoruyub saxlayırlar. Separatçı kimi bəhs olunan qüvvələrin içərisində Rusiya ilə bərabər İrana bağlı şəxslər də az deyil. Bu qrupun üzvləri facebook və digər sosial şəbəkələrdə olduqca fəaldırlar. Özlərini əsasən avrasiyaçı və cənab prezidentin Rusiya Federasiyası ilə bağlı siyasi kursunu dəsdəkləyirmişlər kimi göstərməyə çalışsalar da, ən başlıca məqsədləri antiazərbaycancılıq üzərində qurulub və dövlətimizin strateji kursuna əks mövqedə dururlar. İrəlidə yazacağımız yazılarda onların bütün siyahısı ictimaiyyətin diqqətinə təqdim olunacaq.

Həmin bu qruplar vasitəsilə Azərbaycana təsir edib, ölkədə siyasi xaos yaratmaq istəyənlərin ən böyük silahı dezinformasiyadır və bunu mətbuat üzərindən edirlər. Bəs, bunu necə edirlər? Növbəti yazılarda bu məsələyə ciddi şəkildə toxunulacaq. Ümumi təsəvvür üçün mən hələlik ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələri təsvir etdim…

 
Mənbə: Böyükşərq
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook