"Azərbaycanın haqlı mübarizəsinə dəstək veririk" - Hulusi Akar

Sentyabr 30
17:58
2022
"Başda Azərbaycan və Liviya olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizələrinə dəstək veririk”.
"Report”un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri BMT, NATO, ATƏT, Aİ daxilində bir çox coğrafiyada vəzifəsini icra edir.