“Azərbaycanın həll edəcəyi yalnız bir məsələ qalıb...” – Ramiz Yunus
![](https://qlobal.az/photo/680x365/2023-09/1694075410_0db0d163-9e31-4894-b787-831d5f482692.jpg?1722043197)
Sentyabr 07
12:29
2023
"Ermənistanın və onun lobbilərinin ABŞ Konqresində Qarabağda "humanitar böhran”la bağlı qaldırdığı həngamə iflasa uğrayır. Dövlət Departamenti bu gün (dünən - red.) ABŞ Konqresində keçirilən dinləmələrə nümayişkaranə şəkildə məhəl qoymayıb”.
"AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus bildirib.
R.Yunus təəssüflə bildirir ki, həm Ermənistan, həm də onun ABŞ və Avropadakı lobbiçiləri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında münaqişədə status-kvonun tamamilə dəyişdiyini qəbul etmək istəmirlər: "Hansı ki, bu müddət ərzində rəsmi Bakının mövqeyi daha da güclənib, beynəlxalq müstəvidə Qarabağı həmişə Azərbaycanın bir hissəsi kimi tanıyan beynəlxalq hüquqa belə güclü arqumentlər əlavə olunub: müharibədə qələbə, NATO standartlarına uyğun güclü Azərbaycan ordusunun mövcud olması, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqlər və Rusiyanın Ukraynaya təcavüzü ilə dəyişən siyasi iqlim”.