Azərbaycanın İsraildə ilk səfiri kim olacaq?
Dekabr 30
15:14
2022
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, elm və təhsil nazirinin müavini postunu tutmuş Muxtar Məmmədov Azərbaycanın İsraildə ilk səfiri təyin edilib.
İsrail mətbuatında Muxtar Məmmədovun Elm və təhsil nazirinin müavini kimi İsrail və Azərbaycan arasında elm və təhsil sahəsində birgə layihələrin icrasında rolu yüksək qiymətləndirilib. Həmçinin qeyd olunub ki, sözügedən təyinat Azərbaycan XİN başçısının müavini Fariz Rzayevin İsrailə rəsmi səfərindən sonra gerçəkləşdirilib.
Xatırladaq ki, hazırda xarici işlər nazirinin müavini Fariz Rzayev İsraildədir və Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasına dair təşkilati məsələləri həll edir.
Muxtar Məmmədova gəlincə, 1983-cü ildə anadan olub. Xarici İşlər Nazirliyi sistemində, Azərbaycanın Belçikadakı səfirliyində və Təhsil Nazirliyində çalışıb.



