Azərbaycanlı gənc Harvardda professor oldu - FOTO
![](https://qlobal.az/photo/680x365/2024-03/1710144072_big_1710143698_genc.jpg?1722057682)
Mart 11
12:01
2024
Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb.
Həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb.
Qeyd edək ki, Röya Talıbova 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.
Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb. (Qafqazinfo)
![](https://qlobal.az/file/pic/xeber/2024-03/1710144096_harvard.png)