SON XƏBƏR

Azərbaycanlı Nobel mükafatçısı xəstəxanaya yerləşdirilib – Həyat yoldaşı danışdı

Oktyabr 28
13:00 2024
Həbsxanada olan İran azərbaycanlısı, Nobel Mükafatı laureatı və insan haqları qoruyucusu Nərgiz Məhəmmədi Tehran xəstəxanalarından birinə yerləşdirilib.

"AzPolitika” xəbər verir ki, bu barədə onun əri oktyabrın 27-də "Fərda” radiosuna belə deyib. O, xanımının sağlığı ilə bağlı iki aydan çox problem yaşayandan sonra müalicəsinə başlandığını bildirib.

N.Məhəmmədiyə doqquz həftəyə yaxın tibbi yardım göstərilməsinə icazə verilməyib.

"Nərgiz Məhəmmədinin, axır ki, xəstəxanaya yerləşdirilməsi vətəndaş cəmiyyəti və insan haqları müdafiəçiləri ilə "Nərgizə Azadlıq Koalisiyası"nın dəstəyinin, beynəlxalq ictimaiyyət və medianın basqısının sonucudur", - Nobel mükafatçısının əri Tağı Rəhmaninin "X” sosial şəbəkəsində açıqladığı sözlərdir.

Parisdə yaşayan Rəhmani bunu da deyib ki, tibbi yardımın gecikdirilməsi, xanımının həbsxanada keçirdiyi illər və tək saxlanılma ortamı səhhətində ciddi problemlər yaradıb. 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. İndi o, "İran əleyhinə təbliğat" yaymaqda suçlanaraq bir illik həbs cəzasını çəkməkdədir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook