Azərbaycanlı pilot beynəlxalq turnirdə ikinci yeri tutdu
 
							Sentyabr 16
									
										06:43
										2025
									
Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.
Yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodromo de Leiria trekində keçirilib.
Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb.
Bu yarışda iştirakdan sonra Davinə 26-dan 28-dək Bombarralda keçiriləcək ROTAX kateqoriyasında yarışa dəvət gəlib.
	
Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.
									
Davin burada "BirelArt" komandasının tərkibində çıxış edəcək.
Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək "World Grand Final" birinciliyində qüvvəsini sınayacaq.
Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.