SON XƏBƏR

"Azərsilah"ın Şirvandakı zavodunda qəza oldu - Ölən var

Noyabr 14
15:54 2025
Bu gün günorta saatlarında "Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan "Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Qlobal.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook