Baba Rzayevin kürəkəni ad günündə Avropada alüminium şirkəti açdı - FOTO

Sentyabr 02
00:48
2025
"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium şirkəti açıb.
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb.
"Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir.
O, yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib.
Şirkətə 25120 fəaliyyət kodu– metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğludir".

