“Bağdadinin yeri məlumdur, o, təcrid olunub” – İraq baş naziri
Fevral 07
13:50
2017
İraq baş naziri Heydər əl-İbadi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yerinin məlum olduğunu deyib.
Avropa.info xəbər verir ki, baş nazir detallara varmadan İŞİD liderinin təcrid olunduğunu bildirib.
"Biz onun köməkçilərinin əksəriyyətini məhv etmişik, o, tək qalıb, etibar edə biləcəyi heç kəsi qalmayıb. Təcrid olunub, hərəkət istiqamətinə nəzarət edirik” – İbadi belə deyib.
Qeyd edək ki, keçən ilin dekabrında İraqın xüsusi təyinatlı qüvvələrinə komandanlıq edən Fadil Barvari deyib ki, Bağdadi Mosulda yeraltı bunkerdə gizlənib.