SON XƏBƏR

Bakı və Moskva arasında hansı məsləhətləşmələr ola bilər? (ŞƏRH)

Dekabr 06
15:43 2022
"Əldə edilən razılıq göstərir ki, Bakı bundan sonra Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Moskvanın vasitəçiliyinə daha böyük önəm verəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanmasına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, məsləhətləşmələrlə bağlı iki ölkənin XİN rəhbərləri arasında əldə edilən razılıq ilk növbədə Rusiya və Azərbaycan arasında 2020-ci ilin noyabrında Moskvada imzalanan üçtərəfli bəyanatın şərtlərin yerinə yetirilməsi və Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində məsləhətləşmələri nəzərdə tutur:

"Əldə edilən razılıq göstərir ki, Bakı bundan sonra Qarabağ münaqişəsinin tənzimlənməsində Moskvanın vasitəçiliyinə daha böyük önəm verəcək. Çünki dekabrın 7-nə Brüsseldə təyin olunan görüşdən Azərbaycan imtina edib. Bu isə Bakının Rusiya ilə münasibətlərə daha böyük etibarla yanaşmasının göstəricisi kimi diqqəti cəlb edir. Bakı ona görə imtina etmişdi ki, İrəvan həmin görüşdə Fransa Prezidentinin nümayəndəsinin iştirakını da istəyirdi”. 

Həmsöhbətimizə görə, sülhməramlıların bölgədəki fəaliyyəti və onun gedişində bölgədə baş verəcək hadisələr də tərəflər arasında məsləhətləşmələr fonunda müzakirə obyekti ola bilər:

"Bu müzakirələrdən bir qədər əvvəl Rusiya bölgədə daha bir gömrük postunu yarada biləcəyilə bağlı mövqeyini sərgilədi. Məsləhətləşmələr bu  kontekstdə də aparıla bilər. Bütün hallarda Rusiya ilə Azərbaycan arasında qarşıdakı iki il ərzində XİN-lər  arasında olacaq məsləhətləşmələr əsasən Qarabağ məsələsinin tənzimlənməsinə, bu istiqamətdə neqativ halların aradan qaldırılmasına yönələcək”. 

Qeyd edək ki, dünən Moskvada Azərbaycan xarici işlər naizri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook