SON XƏBƏR

Bakıda atışma olub - 3 nəfər xəsarət alıb

Mart 10
15:25 2023
Bakıda atışma olub.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub:
 
"Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook