SON XƏBƏR

Bakıda doğulan qız Anqolanın neft şirkətinin rəhbəri oldu

İyun 03
11:49 2016
Anqola prezidentinin qızı İzabel duş Santoş dövlət neft şirkəti "Sonangol”un direktorlar şurasının sədri təyin edilib.

Avropa.info xəbər verir ki, daha əvvəl prezident Joze Eduardu duş Santuş şirkətin direktorlar şurasının bütün üzvlərini istefaya göndərmiş və yeni menecerlərlə əvəzləmişdi. 

"Sonangol”un yeni rəhbərliyinin vəzifəsi beynəlxalq miqyasda rəqabət gücünü artırmaqdır. Anqola iqtisadiyyatının gəlirlərinin 90%-ni təşkil edən neft üzündən ölkə böyük itkilərlə üzləşib. Ölkə kreditlər üçün BVF, Dünya Bankı və Çinə üz tutmalı olub. 

Qeyd edək ki, Anqola prezidentinin qızı İzabel duş Santuş 1973-cü ildə Bakıda doğulub. Afrikanın ən varlı qadını ünvanına sahibdir. "Forbes” onun sərvətini 3,1 milyard dollar qiymətləndirir. 

İzabel duş Satuşun təyinatı 1979-cu ildən bəri ölkəni əlində tutan ailənin hakimiyyətini daha da gücləndirəcək. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook