Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır

Fevral 11
16:13
2025
Bakıda "Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.
Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Rus Evi”nin əməkdaşları divardakı tabloları çıxarır, əşyaları daşıyırlar.
Qeyd edək ki, Bakıdakı "Rus Evi” bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, "Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı "Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Eyni zamanda, bu gün Bakıda "Rus Evi”nin yerləşdiyi binadan mərkəzin adının rus dilində yazılmış hissəsi sökülüb.