SON XƏBƏR

Balakənin yeni icra başçısından islahat: 23 illik müavini vəzifədən azad etdi

Dekabr 15
11:04 2025
Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə 1988-ci ildə Balakən XDS İK-də baş iqtisadçı kimi başlayan M.Nuriyeva 1992-1998-ci illərdə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook