Ballistik raketlərə görə İrana qarşı yenə sanksiyalar tətbiq oluna bilər
Mart 13
20:47
2016
Fransa deyir ki, İran bu yaxınlarda ballistik raketlər buraxdığına görə Avropa ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.
Xarici işlər naziri Jean-Marc Ayrault deyib ki, sanksiyalar Parisdə ABŞ və Avropa həmkarları ilə danışıqlardan sonra, "lazım gəlsə" tətbiq olunacaq.
İran martın əvvəlində, hərbi təlimlərin çərçivəsində bir neçə raket buraxdığında görə sərt tənqid olunub.
Yanvar ayında həyata keçirilən oxşar yoxlamalara cavab olaraq ABŞ İran şirkətlərinə və fərdi şəxslərə qarşı sanksiyalar tətbiq etmişdi.
Bundan bir gün əvvəl İrana qarşı beynəlxalq sanksiyalar ləğv olunmuşdu.
İrana nüvə başlıqları daşımağa qadir ballistik raketlərlə bağlı hər hansı fəaliyyəti yasaqlayan BMT qətnaməsi nüvə proqramı ilə bağlı razılaşmadan sonra ləğv edilib. Yeni qətnamə İranı bu kimi fəaliyyətdən "çəkinməyə çağırır".
İran raketlərin təkmilləşdirilməsini davam etdirmək niyətində olduğunu və bunun nüvə silahına aidiyyəti olmadığını israr edir.
Bazar günü cənab Aytault ilə birgə çıxış edən ABŞ Dövlət katibi John Kerry, İranın raket sınaqlarını BMT qətnaməsinin pozulması kimi təsvir edib.
ABŞ BMT Təhlükəsizlik Şurasından xahiş edib ki, bazar ertəsi günü bu məsələ müzakirə olunsun.
İran raket sınaqlarının onun nüvə proqramı ilə heç bir əlaqəsi olmadığını bildirir (BBC).
Qlobal.az



