SON XƏBƏR

Baş katib: “Türkiyənin üzvlüyü dondurulacaqdı”

Avqust 03
15:40 2016
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ankarada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
 
Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran norveç siyasətçi Avropa Şurasının demokratik qurumlara dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə gəldiyini deyib:
 
"1980-ci il çevrilişindən sonra Türkiyənin Avropa Şurasına üzvlüyü dondurulmuşdu. Xuntaçılar uğurlu olsaydı, yenə də eyni addımı atacaqdıq”.
 
Daha sonra çıxış edən Çavuşoğlu Yaqlandı avropalı liderlərə nümunə göstərib:
 
"Avropa ölkələrinə çağırış edirəm, hörmətli baş katibdən örnək alsınlar. Lütfən obyektiv və dürüst olun”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook