SON XƏBƏR

Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı işirakını ilin sonuna qədər uzadıb

İyun 17
13:38 2017
Belçika hökuməti İraq və Suriyada ABŞ-ın himayəsi altında terrorizmə qarşı koalisiyada hərbi hava qüvvələrinin iştirakının müddətinin iyulun 1-dən dekabrın 31-dək uzadılmasına qərar verib.
 
"Report" "Belga"ya istinadən xəbər verir ki, bununla yanaşı, İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edən qırıcı-bombardmançı təyyarələrin sayı altıdan dördədək azaldılacaq.
 
Hazırda təyyarələr İordaniyadakı bazadadır.
 
Qeyd edək ki, Belçika HHQ antiterror koalisiyasına 2016-cı ilin iyul ayında qoşulub. Koalisiyada iştirak müddətinin uzadılması dövlət büdcəsinə 17 milyon avroya başa gələcək.
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook