SON XƏBƏR

Bərzani İraq hakimiyyətini “qapılar”ını dialoqa bağlamamağa çağırıb

Sentyabr 27
00:06 2017
İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın baş naziri Heydər əl Abadini "qapılar”ı dialoq üçün bağlamamağa çağırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu M.Bərzani telemüraciətində bildirib.

"Mən əl-Abadini və bütün məsul şəxsləri dialoq və qarşılıqlı anlaşma üçün "qapılar”ı bağlamamağa çağırıram”.

Kürd muxtariyyətinin rəhbəri qonşu dövlətlərə müraciət edərək, bölgənin regionda sabitlik və təhlükəsizlik faktoru olduğunu qeyd edib.

"Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək”, deyə Bərzani qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook