SON XƏBƏR

Bəşər Əsədin əmisinin İspaniyadakı 700 mln. dollar dəyərində əmlakı müsadirə edilib

Aprel 05
00:25 2017
İspaniya məhkəməsi Suriyanın sabiq vitse-prezidenti Rifaat Əsədə və onun ailə üzvlərinə məxsus, ümumi dəyəri 735 mln. dollar olan 500-dək obyektin müsadirə edilməsi və bank hesablarının bloklanmasına dair qərar qəbul edib.   
 
APA-nın "Associted Press”ə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin əmisi  Rifaat Əsəd, Bəşər Əsədin atasının hakimiyyətdə olduğu dövrdə vitse-prezident vəzifəsində çalışıb. O, 1984-cü ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədən qovulmuşdu.    
 
Bir müddət əvvəl Fransada Rifaat Əsəd barəsində dələduzluq və "çirkli pulların yuyulması” maddələri üzrə cinayət işini başlayıb.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook