Beynəlxalq siyasətə qadın damğası: dünyanı onlar idarə edəcək
İyul 10
17:37
2016
Gələn ildən etibarən beynəlxalq siyasətdə söz sahibi olan qadınların sayı artacaq. Qaynarinfo.az xəbər verir ki, bunun səbəbi postlara qadın siyasətçilərin keçməsidir.
Angela Merkelin rəhbərlik etdiyi Almaniyadan sonra ingilis hökumətinin başına da qadın siyasətçinin keçəcəyi dəqiqləşib. Birləşmiş Krallıqdakı tarixi referendumdan sonra iqtidardakı Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən David Kameronun xələfi ya daxili işlər naziri Teresa May, ya da enerji naziri Andrea Leadsom olacaq.
İngiltərə parlamentindəki Mühafizəkarlar Partiyasından olan millət vəkilləri arasında keçirilən sorğuda Teresa May 329 deputatdan 199-nun, Andrea Leadsom 84-nün səsini alıb. 46 səs toplayan ədliyyə naziri Maykl Qove bu turda mübarizədən çəkilməli olub.

Teresa May və Andrea Leadsom
Beləliklə, May və ya Leadsom İngiltərə tarixinin ikinci qadın baş naziri olacaq. İngiltərənin ilk və son qadın baş naziri 1979-1990-cı illərdə ölkəyə rəhbərlik etmiş "Dəmir Ledi" ləqəbli Marqaret Tetçer olub.
Klitonun ayaq səsləri
ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacağı gözlənilən Hillari Klinton Respublikaçılar Partiyasından rəqibi olacaq Donald Trumpla mübarizədə favorit göstərilir. Keçirilən son sorğular göstərir ki, Klintona amerikalıların 51, Trumapa 42 faizi etimad göstərir. 9 faizlik fərq xanım siyasətçinin hakimiyyət başına keçməsi üçün yetərlidir.

Hillari Klinton
Bir sözlə, böyük bir sürpriz olmasa, noyabr ayındakı seçkilərdən sonra ABŞ prezidenti Barak Obamanın kreslosunda keçmiş dövlət başçısı Bill Klintonun xanımı Hillari oturacaq.
BMT-nin baş katibliyi uğrunda yarış
Beynəlxalq aləmdə başqa bir önəmli post Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibliyidir. İki dönəm quruma rəhbərlik etmiş Ban Ki-mun 2007-ci ildən tutduğu postu ilin sonunda təhvil verəcək.
Hazırda BMT üzvü olan ölkələrin Cənubi Koreyadan olan baş katibin yerinə namizəd göstərməsi prosesi davam edir. Son olaraq Kosta Rika qadın siyasətçi Kristiana Fiqueresin namizədliyini irəli sürüb.

Kristiana Fiqueres
Kosta-rikalı Fiqueres 6 ildir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) baş katiblik edir. 3 dönəm Kosta Rika prezidenti olan Joze Fiqueres Ferrerin qızı olan 59 yaşlı xanım siyasətçi bir başqa prezident Joze Maria Fiqueresin bacısıdır.
BMT baş katibliyrnə indiyədək 12 namizəd göstərilib və onlardan 6-sı qadındır. Bu 6 nəfərdən birinin seçilməsi BMT-yə ilk dəfə bir qadının rəhbərlik etməsi deməkdir. Bir çox təşkilat üzvü ölkə qurumun artıq bir qadına təhvil verilməsinin tərəfdarıdır.
BMT baş katibliyinə qadın namizədlər
Kristiana Fiqueresin (Kosta Rika)
İrina Bokova (Bolqarıstan)
Vesna Puşiç (Xorvatiya)
Nataliya Qerman (Moldova)
Helen Klark (Yeni Zellandiya)
Suzana Malkorra (Argentina)
Sıra Şərqi Avropadadır?
Maraqlı bir məqam da var ki, BMT-yə ilk dəfə bir şərqi avropalı siyasətçi başçılıq edə bilər. Belə ki, 12 namizəddən 8-i məhz bu regionu təmsil edir. İndiyədək BMT-nin baş katibi Qərib Avropa ölkələrindən olmayıb.

Qlobal.az