SON XƏBƏR

"Beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır" - Kreml

Dekabr 29
15:51 2022
Beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır.

APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsinə dair ideyasına münasibət bildirərkən deyib.

"Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır”, - Peskov bəyan edib.

Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook