Binali Yıldırım: "Silahlı Qüvvələr bundan sonra da demokratiyaya xidmət edəcək"
İyul 28
12:57
2016
"Millətimiz 15 iyul gecəsində ikinci bir qurtuluş mücadiləsindən zəfərlə çıxdı".
"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.
Onun sözlərinə görə, milyonlarla insan göz qırpmadan bu mübarizəyə qoşulub və bütün dünyaya öz istiqlal ruhunu nümayiş etdirib: "Dövlətimizə, milliyətimizə, ərazi bütövlüyümüzə qəsd edən bütün terror təşkilatlarını darmadağın edəcəyimiz dəqiqdir. Bu millət qiyamətə qədər dimdik ayaqda qalacaq".
Baş nazir onu da əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da demokratiyaya xidmət etməyə davam edəcək.
Qlobal.az