SON XƏBƏR

Binəli Yıldırım: ''Münasibətləri zədələyəcək addım atmayın''

İyun 01
10:38 2016
Türkiyə Respublikası baş naziri Binəli Yıldırım ilk rəsmi səfərini həyata keçirdiyi Şimali Kpr Türk Respublikasına gedərkən media mənsublarına müsahibə verib.

Baş nazir Binəli Yıldırım sabah erməni soyqırımının tanınması ilə bağlı Almaniya Federativ Respublikasının Bundestaqında keçiriləcək səsvermə ilə bağlı fikirlərini bölüşüb.

Baş nazir bu səsverməni boş və mənasız adlandırıb və Türkiyə əleyhinə çıxacaq hər hansı qərarı tanımayacaqlarını bildirib.

Binəli Yıldırım bununla bağlı prezident Tayyip Ərdoğanın Almaniya kansleri Angela Merkeli telefonla aradığını və ona xəbərdarlıq etdiyini söyləyib. Türkiyə baş naziri Almaniyada yaşayan 3,5 milyonluq türk seçiciləri narahat edəcək addım atmayacağına inandığını bildirib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook