"Bitcoin"in qiyməti 84 min dolları ötüb- - Kriptobirjada son durum

Mart 15
10:45
2025
Martın 15-də kriptovalyuta birjalarında "Bitcoin" yenidən bahalaşıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası "Bitcoin"in (BTC) qiyməti son 24 saat ərzində 2.78% artaraq 84 332 ABŞ dolları səviyyəsinə yüksəlib.
Paralel olaraq Ethereum (ETH) 1.77% bahalaşmaqla 1 929 ABŞ dollarına yüksəlib. İlk beşlikdəki digər kriptovalyutalardan XRP 5.78%, BNB 1.81%, "Solana"da isə (SOL) isə 7.08% artım müşahidə edilib.
Ən yüksək artım PI-də müşahidə edilib -14.22%. SUI (SUI) isə 10.19% enişlə ən çox dəyər itirən koin olub. Kriptobazarın dinamikası göstərir ki, altkoinlər arasında yüksək volatillik davam edir, ən aktiv artım isə "PI" və "Solana"ya aid olub.