“BİZİ BURA KINOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək tədbiri tərk edib
Mart 09
12:38
2026
Martın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.
Tədbir iştirakçılarından birinin verdiyi məlumata görə, açılışdan sonra komitənin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Videoçarxın uzun çəkməsi isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovu əsəbləşdirib.
Qeyd edək ki, məraismdə 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.
Qlobal.az



