SON XƏBƏR

Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı

Noyabr 28
11:53 2023
Blinken dekabrda ABŞ Dövlət katibinin köməkçisinin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook