BMT-nin Baş katibi İran hakimiyyətinə çağırış edib
Yanvar 13
06:57
2026
BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik göstərməyə və zərurətdən artıq güc tətbiqindən çəkinməyə çağırıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
O, bildirib ki, BMT-nin ölkədəki əməkdaşları hazırda təhlükəsiz şəraitdədir, bütün əlaqələr mümkün qədər saxlanılır. Təşkilat prosesləri izləməyə davam edir və İran vətəndaşlarının hüquqlarının qorunmasına yönəlmiş addımların atılmasını tələb edir.



