SON XƏBƏR

BMT: Rusiya və Türkiyədən məmnunuq

Dekabr 23
01:32 2016
Hələb şəhərinin şərqində baş tutan atəşkəs və təxliyə razılığı ilə bağlı Rusiya və Türkiyənin vasitəçiliyindən məmnunuq.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Cenevrədə çıxışı zamanı deyib.

BMT rəsmisi təxliyə edilən minlərlə insanın müxaliflərin nəzarətindəki bölgələrə keçdiyini bildirib:

"Əksəriyyəti nəzəri olaraq sonrakı Hələb sayılan İdlibə gedib. Türkiyənin insan haqları ilə məşğul olan qurumları bu işdə xüsusi fəallıq göstərdilər. Məlumdur ki, Rusiya və Türkiyə Hələbdəki təxliyələrlə bağlı uzunmüddətli müzakirələr apardı”.

Qeyd edək ki, bu günə kimi 35 mindən çox mülki şəxsin Hələbdən çıxarıldığı bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook