SON XƏBƏR

BMT TŞ bu gün İsraillə bağlı təcili iclas keçirəcək – CNN

Oktyabr 30
09:13 2023
BMT Təhlükəsizlik Şurası bazar ertəsi, oktyabrın 30-da İsrailin Qəzza zolağında quru əməliyyatı ilə bağlı fövqəladə iclas keçirəcək.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.

Nəşrin mənbəsinin bildirdiyinə görə, təcili iclas tələbi Birləşmiş Ərəb Əmirliklərindən gəlib.

CNN BƏƏ-nin Humanitar məsələlər üzrə Baş katibin müavini və Fövqəladə yardım koordinatoru şurasına, eləcə də BMT-nin Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə agentliyinin Yaxın Şərqdəki nümayəndəsinə brifinq üçün müraciətinin mətnini əldə edib.

Təhlükəsizlik Şurasının bazar ertəsi günortadan sonra gündəliyinə "Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi” mövzusunda iclas daxildir.

Qeyd edək ki, fövqəladə iclas İordaniya tərəfindən təqdim edilən və Qəzzada "davamlı humanitar atəşkəsə" çağırdığı BMT qətnaməsinə cümə günü 120 ölkənin lehinə səs verməsindən sonra keçirilir. Qətnamənin əleyhinə 14 ölkə çıxış edib, 45 ölkə isə bitərəf qalıb. Azərbaycan qətnamənin lehinə səs verib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook